Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb

Bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.
Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.
Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.