"Kurtlar vadisi" geri dönür

"Kurtlar vadisi" geri dönür Türkiyənin əfsanə serialı "Kurtlar Vadisi" yenidən başlayacaq.

Musavat.com bildirir ki, bu barədə serialın "Polat Alemdar"ı Necati Şaşmaz açıqlama yayıb. Onun sözlərinə görə, "Kurtlar vadisi - Xaos" "Show TV"-də yayımlanacaq.

Qeyd edək ki, adı çəkilən serial uzun illər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bu baxımdan tamaşaçılar "Kurtlar vadisi - Xaos"u səbirsizliklə gözləyir.

Serialın həm də ssenaristi olan Necati Şaşmaz "Kurtlar vadisi - Xaos"un ekranlara çıxacaq vaxtı da açıqlayıb. Onun sözlərinə görə, serial 2021-ci ilin fevral ayından etibarən yayımlanacaq.

Bəs "Kurtlar vadisi Xaos" əsasən nədən bəhs edəcək?

Necati Şaşmazın açıqlamasına görə, serial bu dəfə xaosdan qurtulma üsullarından bəhs edəcək. Serialda hansısa xaos vəziyyətində insanların həyatının necə dəyişdiyi və nələrə getdiyi əks olunacaq.
Geri qayıt