Putinlə Ərdoğan Soçidə Qarabağı müzakirə edəcək

Putinlə Ərdoğan Soçidə Qarabağı müzakirə edəcək Rusiya prezidenti Vladimir Putin mayın 3-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qarabağ münaqişəsini də müzakirə edəcək.

Kremlin rəsmi saytına istinadən xəbər veririk ki, tərəflər Qaravbağla yanaşı, digər regional və beynəlxalq problemləri, xüsusən Suriya münaqişəsini dıə diqqətdə saxlayacaqlar.

“Preazidentlər Türkiyə-Rusiya münasibətlərinin bütün spektri, o cümlədən 10 martda Moskvada 6-cı Ali Əməkdaşlıq Şurasının iclasındakı əldə olunmuş razılaşmaları da gözdən keçirəcəklər”-deyə Kremlin mətbuat xidməti məlumat yayıb.
Geri qayıt