2021-ci ildə dəhşətli aclıq olacaq - XƏBƏRDARLIQ

2021-ci ildə dəhşətli aclıq olacaq - XƏBƏRDARLIQ Dünya Qida Proqramının (WFP) direktoru David Beasley, gələn il kütləvi aclığın gözlənildiyi barədə xəbərdarlıq edib.

Bu barədə Associated Press (AP) agentliyinə müsahibə verən İcraçı Direktor gələn ilin bu ilə nisbətən daha pis olacağını qeyd edib.

"Dünyada yeni növ koronavirus Covid-19) epidemiyası ilə məşğul olarkən, bir neçə ay ərzində tədbirlər görülməsə, dəhşətli bir aclıq epidemiyasının astanasında olacıq"- deyə o, müsahibəsində bildirib.

Həmçinin David bu böhrandan qurtulmağın yolunu da açıqlayıb. Belə ki, Beasley dünya liderlərinin 2020-ci ildə pul və stimul paketləri təqdim etdikləri müddətdə bu aclığın qarşısını ala biləcəklərini söyləyib.

Geri qayıt