"Belə sözləri işlətmək ədəbsizlikdir” - Ərdoğan

Bunu “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir”, - o bildirib.
Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:
“Makronun müslmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir”.