Lukaşenko ona “Get” deyən fəhlələrə hədə-qorxu gəldi

Lukaşenko ona “Get” deyən fəhlələrə hədə-qorxu gəldi Belarus Prezidenti Aleksandr Lukaşenko müəssisələrin etiraz aksiyalarına qoşulmayan əməkdaşlarına minnətdarlığını bildirib.

“Sputnik Belarus”a istinadən xəbər veririk ki, çərşənbə günü Lukaşenko videobağlantı vasitəsilə respublikanın regionlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bəzi vətəndaşların qarşılaşdığı təhdidlər və təzyiqlərdən danışdı.

“Zavod və fabriklərin işçiləri və müəssisələrin rəhbərlərinin məruz qaldıqları təhdidlər və hücumlar da bizi narahat edir. Onlar iş saatlarından əvvəl və sonra aqressiv kütlə dəhlizindən keçməli olurlar. Sanki gestapodur. Sadəcə olaraq bu fəhlələrə böyük minnətdarlığımı bildirmək və gözlərini gizlətməməklərini xahiş etmək istəyirəm”, – deyə Lukaşenko bildirib.

O vurğulayıb ki, fəhlələr “bu zavodların ağalarıdır”.

“Sizi çıxışda qarşılayan bu mitinqə çıxanlarla isə ölçü götürəcəyik”, - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, bir neçə gün öncə, A.Lukaşenko Minsk təkərli dartıcılar” zavodunda olub. Prezidentin səfərindən xəbər tutduqda işçilərin əksər hissəsi tətil elan edib. Lukaşenko helikopterə minib, ərazini tərk etdikdə isə aksiya iştirakçıları onu “Çıx get!” şüarı ilə yola salıblar.

Geri qayıt