Eyfel qülləsi turistlərin üzünə açıldı

Eyfel qülləsi turistlərin üzünə açıldı Bu gündən etibarən turistlər və Paris şəhərinin sakinləri Eyfel qülləsindən Fransa paytaxtını seyr etmək imkanı əldə ediblər.

AFP agentliyinə istinadən xəbər veririk ki, Parisin simvolu hesab olunan qüllə üç aylıq fasilədən sonra bəzi məhdudiyyətlər nəzərə alınmaqla, ziyarətçilərin üzünə açıq olacaq.

Belə ki, buraya ziyarətə gələnlər 1 iyul tarixinə qədər liftdən istifadə edə bilməyəcək, pilləkənlərdən istifadə edənlər isə sosial məsafəni qorumaq məcburiyyətində olacaqlar.

Turistlər Eyfel qülləsinin ən yuxarı hissəsini də buraxılmayacaq.

Qeyd edək ki, Fransa COVID-19 virusundan ən çox zərər görən Avropa dövlətləri sırasındadır.

Son rəqəmlərə əsasən, bu ölkədə 161 348 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 29 731 xəstə pandemiyanın qurbanı olub.

Geri qayıt