Sarkisyanın azərbaycanlı milyarderin obyektində gizli sövdələşməsi
Ermənistan prezidenti Serj Sarkisyan dünən Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyinə qatılıb.
Ermənistanda dərc olunan “Qraparak” qəzetinin yazdığına görə, yubiley Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında baş tutub. Şənliyə Dağlıq Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan da qatılıb.
Mindən çox qonağın iştirak etdiyi tədbirə Rusiya xarici işlər naziri Sergey Lavrov, Vladimir Putinin mətbuat xidmətinin başçısı Dmitri Peskov, həmçinin LDPR lideri Vladimir Jirinovski iştirak ediblər. Məhz bu məsələ erməni KİV-lərinin diqqətini çəkib. Çünki Ermənistanda Ara Abramyanı Putinin yaxın adamı sayırlar və Serj Sarkisyanla onun hər hansı bir görüşündən sonra Ermənistanda kardinal dəyişiklər baş verir.
Erməni şərhçi Akop Badalyan “Lragir”də yazdığı məqalədə Ermənistanın Avrasiya İttifaqına daxil edilməsində, yəni müstəqilliyini itirməsində əsas rolu Ara Abramyanın oynadığını bildirib: “Serj Sarkisyan yüksək çinli Rusiya məmurları ilə son detalları Ara Abramyanın Xorvatiyadakı bağ evində muzakirə edir”.
Yəni, Ermənistan müstəqilliyini itirmək yolunda yeni bir dəyişiklik ərəfəsindədir. Yaxın aylarda bunun detalları tam bilinəcək.
Geri qayıtErmənistanda dərc olunan “Qraparak” qəzetinin yazdığına görə, yubiley Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında baş tutub. Şənliyə Dağlıq Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan da qatılıb.