Həbs olunan azərbaycanlı nazirə yüksək vəzifə verildi

Bu gün Kiyevdə UCF-nin hesabat-seçki konfransında ölkənin 23 regionunun nümayəndəsi iştirak edib və baxılan məsələlərdən biri də qurumun yeni prezidentinin seçilməsi olub.
“Nəsirovun namizədliyini 22 nümayəndə dəstəkləyib”, - məlumatda bildirilir.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən və xidməti mövqeyindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qrivna zərər yetirməkdə şübhəli bilir. Azərbaycan əsilli keçmiş nazir iri məbləğdə girov qoymaqla azadlığa çıxıb.