ABŞ-da ev pişikləri koronavirusa yoluxdu

ABŞ-da ev pişikləri koronavirusa yoluxdu ABŞ-ın Nyu-York ştatında fərqli bölgələrdə yaşayan 2 ev pişiyində yeni növ koronavirus aşkar edilib.

Un


ABŞ KİV-ə istinadən məlumat veririk ki, ABŞ Kənd Təsərrüfatı Departamenti və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmiləri, koronavirus olan pişiklərdə yüngül tənəffüs çətinliyinin yaxşılaşacağını gözlədiklərini bildiriblər.

CDC rəsmi Dr. “İnsanların ev heyvanlarından qorxmasını istəmirik. Ev heyvanlarının bu xəstəliyin insanlara yayılmasında rol oynadığına dair heç bir dəlil yoxdur. Yenə də ev heyvanları digər insanlardan və heyvanlardan ayrılmışdır” deyə Casey Barton Behravesh şərh edib.

Behravesh, virusu olan iki pişikdən birinin yaşadığı evdə bir yetkinin keçən həftə tənəffüs xəstəliyinə tutulduğunu, digər pişikdə isə əvvəllər COVİD-19 ilə təsbit edilən sahibindən virus aldığını söyləyib.

Qeyd edək ki, Mart ayında ölkədə, Nyu-Yorkun Bronx bölgəsindəki zooparkda 7 pələng və şir COVID-19 aşkarlanıb.
Geri qayıt