Kim Çen In komaya düşdü

Kim Çen In komaya düşdü Şimali Koreyanın rəsmi xəbər agentliyi ölkə başçısı Kim Çen Inın əməliyyatdan sonra komaya düşdüyünü təsdiqləyib.

Bu barədə “News Service” nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə lideri hazırda dərin meditasiyadadır və ətraf siqnallara reaksiya vermir.

Kim Çen Inın keçirdiyi əməliyyat barədə məlumat verilməsə də, mətbuatda onun ürək-damar sistemində problemlərin olduğu haqda xəbərlər yayılıb.

Qeyd edək ki, daha əvvəl Kim Çen Inın xəstələnəcəyi halda ölkə başçısının bacısı Kim Ye Çjonun olacağı bildirilmişdi.

Geri qayıt