Putindən açıqlama: “Vəziyyət getdikcə pisləşir”

Putindən açıqlama: “Vəziyyət getdikcə pisləşir” Koronavirusun (COVID-19) yayılması barədə danışan Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki vəziyyətin pisləşdiyini söyləyib.

Rusiya KİV-ə istinadən məlumat veririk ki, Nazirlər Kabinetinin iclasında koronavirusla bağlı qiymətləndirmələr aparan, Putin ölkəsindəki vəziyyətin pisləşdiyini, lakin görülən tədbirlərin yerində olduğunu söyləyib.

Bütün səhiyyə müəssisələrinin ehtiyaclarının ödənilməli olduğunu ifadə edən Putin, qoruyucu vasitələr və tibbi ləvazimatları ehtiyac duyulan bütün bölgələrə yönəltmək üçün göstəriş verdiklərini də qeyd edib.

Putin, lazım gələrsə, ordunun imkanlarından epidemiya ilə mübarizə üçün istifadə edilə biləcəyini də qeyd edib.

Rusiyada koronavirus hadisələrinin sayının bu gün 2 min 558 artaraq 18 min 328-ə, həyat itkisi isə 18 nəfər artması ilə 148-ə çatdığı bildirilib.
Geri qayıt