Bu ölkə virusu qəsdən yoluxduranlara ömürlük cəza verdi

Bu ölkə virusu qəsdən yoluxduranlara ömürlük cəza verdi Koronavirusdan (COVID-19) 50 nəfərin öldüyü və yoluxanların sayı 6 mindən çox olduğu Avstraliyada virusu qəsdən yayanlara ömürlük həbs cəzası veriləcək.

Xarici KİV-ə istinadən məlumat veririk ki. Avstraliya Federal Səhiyyə naziri Greg Hunt, “COVID-19”ı qəsdən yayanların bir tibb işçisinin ölümünə səbəb olacağı təqdirdə ömürlük həbs cəzasına məhkum edilə biləcəyini xəbərdar edib.

Son zamanlar ölkədə səhiyyə işçilərinə edilən hücumların artdığına diqqət çəkən Hunt, “Ədliyyə Nazirliyindən rəy aldım, "COVID-19"ın qəsdən yayılması hər ştatda və bölgədə tətbiq olunan ümumi cinayət qanunlarına uyğun bir cinayətdir. Əgər tibb işçisini virusa yoluxdurmaq üçün bir addım atarsa və ölümünə səbəb olarsa, ən yüksək cəzası olan ömürlük həbs cəzasına məhkum edilə bilər” deyə əhaliyə xəbərdarlıq edib.
Geri qayıt