Gülnarə Kərimovaya 13 il həbs verildi

Gülnarə Kərimovaya 13 il həbs verildi Özbəkistanın ilk Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova qəsb və mənimsəmə ittihamı ilə 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti açıqlama verib.

Cinayət hüququ normaları və bir neçə cinayət əsasında cəza hökmünün verilməsi nəzərə alınmaqla cəzanın çəkilmə müddəti 21 avqust 2015-ci il tarixindən hesablanacaq.

Xatırladaq ki, Gülnarə Kərimova 2015-ci ildə qəsb və vergidən yayınma ittihamı ilə beş il müddətinə azadlıq məhrum edilmişdi.
Geri qayıt