Əbu-Dabi vəliəhdi koronavirusa yoluxdu

Əbu-Dabi vəliəhdi koronavirusa yoluxdu Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) lideri Məhəmməd bin Zayed koronavirusa yoluxub.
“Haber Global”ın məlumatına görə, İsrailin “N12” kanalı bu barədə iddia edib.

Məlumatda deyilir ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayedə koronavirus diaqnozu qoyulub.

Son məlumatlara görə, BƏƏ-də bu təhlükəli virusa yoluxanların sayı 27-yə çatıb. Koronavirus xəstələri hazırda Əbu-Dabidəki xəstəxanada karantin şəraitində müalicə olunurlar.

Yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə məktəblərin və bağçaların fəaliyyəti dayandırılıb.
Geri qayıt