Türkiyədə qar uçqunu: ölənlərin sayı 23 nəfərə çatdı

Türkiyədə qar uçqunu: ölənlərin sayı 23 nəfərə çatdı Türkiyədə qar uçqununda ölənlərin sayı 23 nəfərə çatıb...
Bu barədə Van şəhər valisi Mehmet Emin Bilmez məlumat verib.

“İkinci qar uçqunu hadisəsində 8-i jandarma, 3-ü mühafizəçi, 1-i yanğınsöndürən olmaqla 12 nəfər həlak olub. Hazırda 9 vətəndaşımızın vəziyyəti ağırdır. Qar uçqunu altında neçə nəfərin qaldığına dair dəqiq məlumat yoxdur. Ümumilikdə qar uçqunu nəticəsində 23 nəfər həlak olub”, – o, qeyd edib.
Geri qayıt