Kadırovu tənqid edən bloger Fransada öldürüldü

Kadırovu tənqid edən bloger Fransada öldürüldü Çeçen bloger İmran Əliyev yanvarın 30-da Fransanın Lill şəhərində qətlə yetirilib...
Bu haqda "La Voix Du Nord” məlumat yayıb.

Məlumata görə, çoxsaylı bıçaq yaraları olan bir insanın cəsədi Corq Hardi Oteldə tapılıb, şəxsiyyəti isə yalnız bir neçə gün sonra qouhumlarının iştirakıyla müəyyən edilib.

Əliyevin qohumları sosial şəbəkələrdə artıq mərhumun şəxsiyyətini təsdiq etdiklərini bildirib.

Hazırda Belçikadan Əliyevlə birlikdə gələn ikinci çeçen qətldə şübhəli bilinir.

Xatırladaq ki, Yutub kanalında tez-tez Çeçenistan hakimiyyətini və şəxsən Ramzan Kadırovu tənqid etdiyinə görə "Mansur Starı” ləqəbi ilə tanınan bloger gizlənmək məcburiyyətində qalmışdı.
Geri qayıt