Xaricilərin Vuhandan təxliyəsi başladı: Orada azərbaycanlılar da var

Xaricilərin Vuhandan təxliyəsi başladı: Orada azərbaycanlılar da var Yaponiya, Çinin Vuhan şəhərindən vətəndaşlarını təxliyə etməyə başlayan ilk ölkə olub.

Yerli hakimiyyət tərəfindən göndərilən təyyarə 206 nəfəri Haneda Tokio Hava Limanına çatdırıb.
İlkin məlumatlara görə, təyyarədəki sərnişinlərin müayinəsi zamanı xəstəlik əlamətləri aşkar edilməyib. Bununla birlikdə bütün sərnişinlər yenə də əlavə müayinədən keçəcəklər.

Önümüzdəki günlərdə Tokio ölümcül koronavirusun yayılmasının mərkəzi olduğu Vuhana Yaponiya vətəndaşlarını təxliyə etmək üçün daha iki çarter reysi həyata keçirmək niyyətindədir.

Rəsmi məlumatlara görə, bu günəcən 132 nəfər koronavirusdan ölüb, 103 nəfər sağalıb, doqquz mindən çox adam isə koronavirusa yoluxmaqda şübhəli bilinərək xəstəxanalarda yerləşdirilib.

Qeyd edək ki, Vuhan əyalətində təhsil alan tələbələr içində azərbaycanlılar da var.
Geri qayıt