Koronavirus artıq dünyaya yayılır

Koronavirus artıq dünyaya yayılır Koronavirus səbəbilə milyonlarla çinli bu il Çin Yeni İlini qeyd etmir
Çinin Milli Səhiyyə Komissiyası bildirir ki, yeni virus nəticəsində ölənlərin sayı 41-ə çatıb, ölkə boyu 29 vilayətdə 1200-dən çox insan virusa yoluxub.

Virusa yoluxanlar arasında on beş tibb işçisi var. Bir həkim həyatını itirib.

Epidemiyanın episentri olan Uhana yüzlərlə tibb işçisi göndərilib.

Uhan və Çinin digər 16 şəhəri koronavirusun yayılmasının qarısını almaq məqsədilə karantinə alınıb.

Uhanın yerli höküməti şənbə günü bildirib ki, "Motorlu nəqliyyat vasitələrinin mərkəzi şəhər ərazilərində hərəkət etmələri qadağan olunacaq".

Pekində Yasaq Şəhər və Şanxayda Disneyland qeyri-müəyyən müddətə bağlanıb. Hainan vilayətinin Sanya şəhərində də virusun yayılmasının qarşısını almaq məqsədilə populyar turistik məkanlar bağlanıb.

Honq Konq fövqəladə vəziyyət elan edib və Çin Yeni İli münasibətilə rəsmi tədbilər təxirə salınıb, məktəblər bağlanıb.

Virus yavaş-yavaş bütün dünyaya yayılır.

Tailandda artıq beş, Avstraliyada isə dörd yoluxma halları qeydə alınıb.

Fransa, Yaponiya, Malaziya və Tayvanda üç, Birləşmiş Ştatlar və Vyetnamda isə iki nəfər virusa yoluxub.
Geri qayıt