Camal Qaşıqçının qatilləri edam ediləcək – Məhkəmə hökm çıxardı

Camal Qaşıqçının qatilləri edam ediləcək – Məhkəmə hökm çıxardı Səudiyyə ərəbistanlı jurnalist, “The Washington Post”un əməkdaşı Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb.

“Hurriyet”ə istinadən bildiririk ki, bu barədə Səudiyyə Ərəbistanı məhkəməsi qərar qəbul edib.

Məlumata görəi, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayəti törədən qrupun lideri sayılan, krallıq Divanının müşaviri Səud əl-Kahtani cəzalandırılmayıb.
Xatırladaq ki, tanınmış müxalifətçi jurnalist C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.
Geri qayıt