2020-ci ildə dünyada bu hadisələr — BAŞ VERƏCƏK – Vanqanın PROQNOZLARI

2020-ci ildə dünyada bu hadisələr — BAŞ VERƏCƏK – Vanqanın PROQNOZLARI Məşhur baxıcı Vanqa ölümündən sonra da öz proqnozları ilə insanları təəcübləndirə bilir.
XalqXeber.Az xəbər verir ki, baxıcının 2020 –ci il üçün də öz proqnozları var. Rusiya mətbuatına istinadən onları təqdim edirik.

Onun dediklərinə inansaq, önümüzdəki ildə Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli bir sunami böyük itki və dağıntılara səbəb olacaq. Bundan başqa Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləyir.

Qərbi Avropa ölkələrinə gəldikdə, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra bu cəmiyyət özü ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu, AB-nin dağılmasının başlanğıcı olacaq.

ABŞ prezidenti Donald Tramp isə eşitmə problemi ilə qəribə bir xəstəliyə tutulacaq. Rusiya prezidenti Putinə isə daha bir sui-qəsd cəhdi olacaq.
Ciddi bir iqtisadi böhran bütün dünyanı bürüyəcək, lakin Rusiya, 2020-ci ilin quraqlıq yayına baxmayaraq, asanlıqla aradan qaldıracaq. Üstəlik, Vanqa Rusiyanın beynəlxalq aləmdəki mövqeyini gücləndirəcəyini və 2020-ci ildə hətta Moskva ilə Kiyev arasında çoxdan gözlənilən yaxınlaşmanın olacağını da proqnozlaşdırıb.

Qeyd edək ki, Vanqa ümumiyyətlə tez-tez alqoritmik və simvolik olaraq danışırdı, buna görə onun proqnozlaşdırdıqlarının çoxu fərziyyələr ola bilər. Buna misal olaraq Su altında qalan Kursk şəhəri proqozunu xatırlatmaq kifayətdir. Mütəxəssislər şəhərin su altında qalacağını düşünsə də nəticədə Kurs sualtı gəmisində faciə yaşanmışdı.

Vanqanın 2020-ci ilə dair proqnozlarına inanmaq və ya inanmamaq hər kəsin şəxsi işidir. Ancaq göründüyü kimi ölümündən 23 il sonra da kor qadının verdiyi proqnozların həqiqət olduğu ortaya çıxıb.
Geri qayıt