Əhmədinejaddan Ruhaniyə: İranı nə günə saldınız?!

Əhmədinejaddan Ruhaniyə: İranı nə günə saldınız?! İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkəsində yanacağın qiymətinin artırılması səbəbilə müxtəlif şəhərlərdə keçirilən nümayişlərə dəstəyini ifadə edib.
Əhmədinejad etirazçılara amansız münasibət göstərən rəhbərliyi, o cümlədən prezident Həsən Ruhanini, məhkəmə sisteminin başçısı İbrahim Rəisini sərt tənqid edib.

O, Ruhaninin hakimiyyəti dövründə İranda yoxsulluq həddinin 10 dəfə artdığını bildirib:

“Ölkəni nə hala saldınız? Danışanı boğursunuz, ağzına vurursunuz, susdurursunuz, alçaldırsınız, təhqir edirsiniz. Bu ölkə hər kəsindir. Siz (Ruhani və Rəisi) bu ölkənin sahibisiniz? Açıq şəkildə deyirəm: millət qətiyyən bu gedişatdan razı deyil. Xalq, digər orqanlar da qəbul etmir.
Geri qayıt