Prezident rəsmi tədbirdə yıxıldı - Video

Prezident rəsmi tədbirdə yıxıldı - Video “28-ci Ərəb Birliyi Sammiti”nə qatılan Livan prezidenti Mişel Aunun başına iş gəlib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, xatirə şəkli çəkdirmək üçün yerinə keçməyə hazırlaşan prezident yıxılıb. Pilləyə ilişib yıxılan liderə yaxınlıqdakılar kömək ediblər.

Olayı şərh edən Livan nümayəndə heyəti Mişel Aunun heç bir xəsarət almadığını və səhhətinin normal olduğunu bildirib.

Geri qayıt