İstefası tələb olunan nazir Baş nazir təyin edildi - Gürcüstanda

İstefası tələb olunan nazir Baş nazir təyin edildi - Gürcüstanda Gürcüstanın yeni Baş naziri bəlli olub.

Yaxın həfətlərə qədər müxalifət tərəfindən istefası tələb olunan Daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin edilib.

Bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze ötən gün istefa verib.
Geri qayıt