40 nəfər istefa verib Əli Babacanın partiyasına qoşulacaq – Siyahıda kimlər var?

40 nəfər istefa verib Əli Babacanın partiyasına qoşulacaq – Siyahıda kimlər var? Xəbər verdiyimiz kimi, dünən ölkənin keçmiş xarici işlər naziri Əli Babacanın Ədalət və İnkişaf partiyasından istefa verməsi Türkiyə gündəmini alt-üst edib.
Türkiyə mediasına istinadən xəbər veririk ki, 40 yaxın partiya üzvünün də istefa verəcəyi ehtimal olunur. İddialara görə, onlardan bir qismi Əli Babacanın yeni yaradacağı partiyaya qoşulacaq.

Həmin şəxslər arasında keçmiş ədliyyə naziri Sadullah Ərgin, keçmiş baş nazir müavini və maliyyə naziri Mehmet Şimşək, keçmiş baş nazir köməkçisi prof. Bəşir Atalay, keçmiş sənaye və texnologiya naziri Nihat Ergünün də adı var.
Geri qayıt