Fuad Abbasovun Moskvadakı evində axtarış aparıldı

Fuad Abbasovun Moskvadakı evində axtarış aparıldı Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskva şəhərindəki evində Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.

Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində "jurnalistin ailə üzvləri təhlükədədir" məlumatı yayılıb.

"Jurnalist Fuad Abbasovun Moskvadakı evinə müdaxilə etdilər! Həyat yoldaşı və uşaqları təhlükədədir!", - deyə məlumatda bildirilib. Mənzilin ünvanı kimi Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, 6-cı giriş göstərilib.

F.Abbasovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev hadisə yerinə gedib.

Jurnalistin yaxınlarının verdiyi məlumata görə, evdə aparılan axtarış tədbirləri zamanı kompyuter və digər texniki avadanlıqlar götürülüb.
Geri qayıt