İran prezidentinin qardaşı həbs edildi

İran prezidentinin qardaşı həbs edildi İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs edilib.

Bu barədə İranın rəsmi xəbər agentliyi olan “İSNA” məlumat yayıb. Məlumata əsasən, H. Fereydun 2017-cin ilin iyul ayında saxlanılıb. O, və digər şəxslər haqqında bir sıra məsələlərlə bağlı istintaq tədbirləri həyata keçirilir.
İranın Hökumət İşçilərinin Ədliyyə Məsələləri üzrə idarəsinin rəhbəri Həmidrza Hüseyninin sözlərinə görə, verilən qərarın qəti olmadığına görə, detallar açıqlanmır.Həmid Reza Hüseyni bildirib ki, H. Fereydun bəzi ittihamlar üzrə bəraət alsa da, digər ittihamlar üzrə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, H. Fereydun 2015-ci ildə İranın nüvə proqramı üzrə danışıqlarda ölkənin xüsusi elçisi qismində iştirak edib.
Geri qayıt