Ərdoğanla Putin Suriya barədə razılaşdı

Ərdoğanla Putin Suriya barədə razılaşdı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinarasında telefon danışığı olub.
Türkiyənin Prezident Administrasiyasından verilən məlumata görə, söhbət zamanı ikitərəfli məsələlər, Liviyadakı vəziyyət müzakirə olunub. R.T.Ərdoğan bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduqlarını ifadə edib.

Həmçinin, Suriya böhranının həll olunması istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək barədə tərəflər həmfikir olduqlarını təsdiqləyiblər.

Geri qayıt