Ermənistanda nazir müavini həbs olundu - Ginekoloqla rüşvət qalmaqalı

Ermənistanda nazir müavini həbs olundu - Ginekoloqla rüşvət qalmaqalı Yerevan məhkəməsi Ermənistanın səhiyyə nazirinin müavini Arsen Davtyanın həbs olunması ilə bağlı qərar çıxarıb.

Bu barədə “Sputnik-Armeniya” Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyana istinadən məlumat yayıb.

Nazir müavini barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Davtyan iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Bir müddət əvvəl MTX əməkdaşları A.Davtyanı Ermənistanın baş ginekoloqu Razmik Abramyandan rüşət alan yerdə saxlamışdı.
Geri qayıt