Daha bir ölkə Türkiyədən üz çevirdi

Daha bir ölkə Türkiyədən üz çevirdi Belçikanın ikinci böyük şəhəri Antverpenin qubernatoru Bart de Veyver şəhərdə yaşayan türk vətəndaşların martın 17-də keçirmək istədikləri mitinqi qadağan edib.

Bu barədə Belçikada çıxan “Meuse” qəzeti məlumat yayıb. Məlumata görə, mitinqi qadağan etməsini Bart de Veyver belə əsaslandırıb: “Bu aksiya ictimai asayişi təhdid edir”.

Qəzet yazır ki, şəhər rəhbərliyi mitinqdə türklərlə sağyönlü “Flamand maraqları” partiyası üzvləri arasında toqquşmanın olacağından ehtiyatlanır. Çünki bu siyasi təşkilatın üzvləri də həmin gün türk diaspor təmsilçilərinin aksiya keçirməsinə etiraz tədbiri keçirməyi planlaşdırıblar. Xəbərdə bildirilib ki, bu aksiya da qubernator tərəfində qadağan edilib.

Məlumatda vurğulanıb ki, bir müddət əvvəl Belçikanın xarici işlər naziri Yan Yambon yerli orqanları krallığın türk vətəndaşlarının keçirdikləri kütləvi aksiyalarda təhlükəsizliyi təmin etməyə çağırıb.

Türklərin aksiyalarının krallığın paytaxtı Brüssel və Antverpen şəhərlərində keçirilməsi planlaşdırılmışdı.
Geri qayıt