“Prezident olsam, onları ölkədən çıxaracağam”

“Prezident olsam, onları ölkədən çıxaracağam” Terrorizmlə və cinayətkarlıqla mübarizə üçün konkret addımlar atılmalıdır.

Bunu jurnalistlərə açıqlamasında Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen söyləyib.

“Prezident seçilsəm, cinayətkarlığa görə məhkum edilmiş xariciləri ölkədən çıxaracağam. Polislərin sayını isə artıracağam. Müsəlman imamlar öz çıxışlarında Fransanın qanunlarından imtina edirlər. Onları ölkədən çıxarmaq lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, Fransada prezident seçkisi aprelin 23-də keçiriləcək. Hazırda fransızların 26%-i Le Penə səs verməyə hazırdırlar.
Geri qayıt