Qızını erməniyə ərə verən Ağadadaş dünənki görüşdən qovulub

Prezident otelində baş tutan görüşdə çağırılmamış qonaq isə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov olub. O və tərəfdaşları həmin məkandan uzaqlaşdırılıb. Bu barədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov məlumat yayıb.
Onun sözlərinə görə, A. Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb: “Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”.