İnterpol yeni prezidentini seçdi

Bu barədə təşkilat tvitter hesabında məlumat yayıb. İnterpola Cənubi Koreya nümayəndəsi Kim Çon Yan rəhbərlik edəcək. O, 2 il bu vəzifəni icra edəcək.
Xatırladaq ki, İnterpolun sabiq rəhbəri Men Hunvey bu ilin sentyabrında yoxa çıxıb. Daha sonra məlum olub ki, o, Çində saxlanılıb və istintaqa cəlb edilib.