Türkiyədə 4 güclü zəlzələ: dağıntılar var

Türkiyədə 4 güclü zəlzələ: dağıntılar var Türkiyənin Adıyaman əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar ölkənin Diyarbəkir, Qaziantep, Batman, Şanlıurfa, Qəhrəmanmaraş və Malatya bölgələri də daxil olmaqla, bir çox əyalətlərdə hiss edilib.

Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib ki, insan tələfatı olmasa da, dağıntılar var.

Onun sözlərinə görə, Adıyamanda Müsəllə məscidinin minarəsi dağılıb.

Adıyamanın Akdamar kəndinin icra başçısı Nəcməddin Öztürk CNN Türk-ə müsahibəsində güclü zəlzələnin olduğunu deyib:

“15 ev uçdu. Kənddə iki nəfər yaralanıb. Kənddəki evlərin yarısı dağılıb. Evlərə girmək mümkün deyil”.

Qeyd edək ki, güclü zəlzələnin ardınca 4.2, 3.8 və 4.4 bal gücündə daha 3 təkan qeydə alınıb.
Geri qayıt