ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutuldu

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutuldu ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyi atəşə tutulub.

Hadisə ötən axşam baş verib.

Naməlum şəxslər avtomobillə Ankaranın Atatürk bulvarında yerləşən səfirliyin binasına yaxınlaşaraq atəş açıblar. Daha sonra isə hadisə yerindən qaçıblar. Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Geri qayıt