İŞİD lideri tərəfdarlarına vida nitqi ilə müraciət edib - BU DA SON!
İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadi nitqində terror təşkilatının bu yaxınlarda baş verən döyüşlərdə məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq rayonlarda gizlənməyə çağırıb.
"RİA Novosti”-yə istinadla verdiyimiz xəbərə görə, bu barədə “Alsumaria” telekanalı Neynəva əyalətindəki mənbəyə istinadla məlumat verib.
Bildirilib ki, əl-Bağdadi nitqini "vida nitqi" adlandırıb və onun mətnini tərəfdarları arasında yaymaq göstərişi verib. Nitqdə terror qruplaşmasının üzləşdiyi hadisələr və hazırki vəziyyət açıqlanıb. Qruplaşma üzvləri terror təşkilatının Neynəva əyaləti və İraqın digər hissələrində üzləşdiyi məğlubiyyətlər barədə məlumatlanıblar.
Nitqdə terrorçulara çağırış da yer alıb. Belə ki, terrorçu lider tərəfdarlarını İraq və Suriyanın çətin keçilən dağlıq rayonlarına çəkilməyi tapşırıb.
Geri qayıt"RİA Novosti”-yə istinadla verdiyimiz xəbərə görə, bu barədə “Alsumaria” telekanalı Neynəva əyalətindəki mənbəyə istinadla məlumat verib.