Məşhur bankir sevgilisi Nailə Əsgərzadəyə milyard bağışladı

Məşhur bankir sevgilisi Nailə Əsgərzadəyə milyard bağışladı Beynəlxalq İqtisadi Forum-2018-in gedişatında, hansı ki, hazırda Sankt-Peterburqda keçirilir, məlum olub ki, VTB bankı "Maqnit” şəbəkəsinin aksiya paketini Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurova satıb və özü də onun xərcini ödəyib.
Məlumata görə, KİV sazişdə bankın başçısı tərəfindən federal büdcədən bir milyard dolların yuyulmasının əlamətlərini müşahidə edib.
Aksiya paketinin bazar qiyməti 62,5 milyard rubl təşkil edir. Ancaq Vinokurov, hansı ki, Rusiyanın əsas reyderlərindən biri adlandırırlar, "Maqnit”i təkcə tamamilə pulsuz almayıb, üstəlik onun üçün alıcıya pul da ödəyiblər. Ödənişi edən isə, "Rospress”in yazdığı kimi, satıcı – VTB bankı özüdür.
Mənbə deyir ki, bankın başçısı A. Kostin öz maliyyə qurumundan 1 milyard dollar çıxarıb və onu Vinokurova verib. Beləliklə, dövlət büdcəsindən (xatırladaq ki, VTB bankı dövlətindir – red.) milyard dollar oğurlanıb, hansı ki, Kostin və Vinokurov öz aralarında bölüblər.
"İnfoteka” nəşri qeyd edir ki, VTB-nin başçısı Kostin yuxarıda təsvir olunan fırıldaqlar sayəsində əldə edilən pulun öz payına düşən hissəsini məşuqəsinə- məşhur televiziya aparıcısı Nailə Əsgərzadəyə xərcləyib.
O, qıza Moskvanın mərkəzində mənzil (sahəsi – 228 kv. m, dəyəri – 250 milyon rubl), həmçinin Jukovkada şəxsi malikanə (sahəsi – 920 kv. m, dəyəri – 620 milyon rubl) və bir neçə elit-sinif avtomobili (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I) və s. hədiyyə edib.
"Rospress”in” məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyardı ötür. Bütün əmlaklar ya bankirin etibar etdiyi şəxslər, ya da offşor vasitəsilə hədiyyə edilib.
Geri qayıt