Türkiyədə barıt fabrikində partlayış, ölü və yaralılar var

Bədbəxt hadisə Almadağı bölgəsində yerləşən Maşınqayırma Kimya Sənayesi Raket və Partlayıcı zavodunun yanacaq emalı mərkəzində baş verib. Nəticədə 1 fəhlə dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb. Partlayışın çənlərdə olan yanacağın sıxılması nəticəsində meydana gəldiyi bildirilir.