Obamanı Fransaya prezident istəyirlər

Obamanı Fransaya prezident istəyirlər Fransızlar ABŞ-ın eks-lideri Barak Obamanı ölkənin prezidenti kimi görmək istəyirlər.

Bu barədə “ABC News” nəşri məlumat yayıb. Xəbərdə qeyd edilir ki, aktivistlər Paris küçələrinə plakatlar yapışdıraraq “Obama 17” yazıblar və vətəndaşları eyniadlı saytda imzatoplamaya dəvət ediblər.

Fəalların fikrincə, petisiya vasitəsilə Barak Obamanı Fransa prezidentliyinə namizəd olmağa razı sala bilərlər. Hazırda aktivistlərin məqsədi 1 milyon imza toplamaqdır.
Geri qayıt