Putin Medvedevi Baş nazir təyin etdi

Putin Medvedevi Baş nazir təyin etdi Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin RF-nin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən məlumat verilir.

Sənəddə deyilir: "Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin "a" bəndinə müvafiq olaraq, Dmitri Anatolyeviç Medvedev Rusiya Federasiyası Hökumətinin Sədri təyin edilsin".

Fərman imzalandığı gündən, yəni mayın 8-dən qüvvəyə minib.
Geri qayıt