Aprelin 23-ü dünyada son günümüz ola bilər

Aprelin 23-ü dünyada son günümüz ola bilər Dünyanın sonuna 9 gün qaldığı ilə bağlı yeni iddialar irəli sürülüb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, bu dəfə məşhur numeroloq Devid Mid 21 aprel 2018-ci il tarixdən etibarən qiyamətin başlayacağını və itmiş X Nibiru planetinin Yerlə toqquşacağını iddia edib.

Keçmiş numeroloji hesablamaların araşdırılması və İncilin yenidən oxunmasından sonra ortaya atılan bu iddia səmavi kitabın "Vəhy kitabı 12:1-2" bölməsində yazılanlara görə əsaslandırılıb. Orada qeyd olunur ki, Göydə fövqəladə bir işarə, günəşi qucaqlayan bir qadın göründü. Ay ayaqlarının altında idi, başında 12 ulduzdan ibarət tac vardı. 2 qadın hamilə idi. Doğuş sancıları içində qıvrılır, fəryad edirdilər.

23 apreldə Günəş, Ay və Yupiterin Günəş Sistemi daxilində alacaqları düzülüşün Həzrəti İsanın geri dönüşünün xəbərçisi olacağını deyən nəzəriyyəçilər Qiyamət Gününün 23 aprel 2018-ci il tarixdə başlayacağını söyləyiblər.

Devid Mid Dəccalın doğuşu, Planet X-in ortaya çıxması və Üçüncü Dünya Müharibəsinin başlamasının qiyamətin əlamətləri olduğunu deyib.

Planetlərin bu düzülüşünün hər 12 ildə bir gerçəkləşdiyini bildirən Mid Planet X-in göründüyü anda bütün kilsələrin yer üzündən silinəcəyini və Dəccalın gəlişindən sonra Üçüncü Dünya Müharibəsinin başlayacağını önə sürüb.

Bu tip iddialarını daha öncə də önə sürən numeroloq bu hadisələrin 23 aprel tarixində baş verməyəcəyi təqdirdə, 23 iyuna diqqət çəkmək lazım olduğunu bildirərək fikrini tamamlayıb.
Geri qayıt