Təyyarəyə gecikən azərbaycanlı qapını sındırdı

Təyyarəyə gecikən azərbaycanlı qapını sındırdı İstanbulun Atatürk hava limanında təyyarəyə gecikən azərbaycanlı sərnişin gərginlik yaradıb.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Elşad Hüseynzadə adlı sərnişin Moskvadan Atatürk aeroportunda eniş edib, oradan isə Bakıya uçmağa hazırlaşıb. Lakin qapıların bağlandığını öyrənən sərnişin giriş qapısını yumruq-təpiklə açaraq təyyarəyə doğru qaçmağa başlayıb.

Polis Hüseynovun təyyarəyə girişinə mane olub. Spirtli içkinin təsiri altında olduğu məlum olan sərnişin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Geri qayıt