Avstraliya iki Rusiya diplomatını ölkədən çıxardı

Avstraliya iki Rusiya diplomatını ölkədən çıxardı Onlara 7 gün vaxt verilmişdi

İki rus diplomatı Avstraliyanı tərk edib.

Bu barədə Avstraliyanın Xarici İşlər naziri Cudi Bişop məlumat verib. Nazir deyib ki, rus diplomatlarına ölkəni tərk etmək üçün 7 gün vaxt verilmişdi, vaxt tamam olduğundan onlar yola salınıb.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 27 ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.
Geri qayıt