Azərbaycanlı rüşvət verdi, sərhədçi götürmədi

Azərbaycanlı rüşvət verdi, sərhədçi götürmədi Xarkov sərhədçiləri rüşvətdən imtina ediblər

Ukrayna mətbuatına istinadən xəbər veririk ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhədçilərin özlərinin dediyinə görə, ilin başlanğıcından bəri bu, rüşvət təklif olunma ilə bağlı artıq səkkizinci hadisədir.

Fevralın 5-də Bakı-Xarkov qatarında növbəti dəfə belə hal yaşanıb. Ukraynaya girişi qadağan olunan 47 yaşlı azərbaycanlı qatar yoxlaması zamanı sərhədçilərə 2 min rubl rüşvət təklif edib.

Sərhədçilər isə rüşvətdən imtina etməklə yanaşı baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ediblər.
Geri qayıt