Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu Azər Mütəllim oğlu Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini təyin edilib.

Bu barədə baş nazir Dmitri Medvedev sərəncam imzalayıb.

O, kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlərə və maliyyə fəaliyyətinə cavabdeh olacaq. O, bu postda İqor Revanı əvəz edib.

Qeyd edək ki, 1979-cu ildə anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2002-ci ildən 2008-ci ilə kimi İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərib. 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. 2013-cü ilin iyul ayında Rusiya Mərkəzi Bankının Katibliyinin rəhbəri vəzifəsinə təyin edilib.
Geri qayıt