Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır

Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır Moskva şəhərinin cənub-şərqində yerləşən "Sadovod" bazarının ticarət pavilyonunda yanğın baş verib
Bu barədə "RİA Novosti" paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.
"Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir", - deyə adı açıqlanmayan mənbə bildirib.

Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyə işləri aparır.
Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
"Sadavod" bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu "Kiyevskaya Ploşad" şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.
Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

***

Moskvanın cənub-şərqindəki "Sadovod" (Bağban) bazarının ticarət pavilyonlarının birində yanğın başlayıb.

Yanğın 20 kvadrat metrlik ərazini əhatə edir. Bildirilir ki, pavilyondakı insanlar təxliyə olunub. Son məlumata görə, təxliyə olunanların sayı 150 nəfər təşkil edib, xəsarət alanlar barədə informasiya verilməyib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd edək ki, "Sadovod" bazarı iş adamları Qod Nisanov və Zarax İliyevin rəhbəri olduğu "Kiyevskaya ploşad" şirkətinə məxsusdur.
Xatırladaq ki, bazar ərazisində ötən həftə də yanğın baş vermişdi.
Geri qayıt