İradə Zeynalovanı Moldovaya buraxmadılar
Məşhur rusiyalı teleaparıcı, əslən azərbaycanlı İradə Zeynalovanı Kişinyova buraxmayıblar
TASS xəbər verir ki, o, dünən axşam Moldova paytaxtının hava limanında pasport qeydiyyatından keçərkən saxlanılıb.
“Çərşənbə axşamı günü Rusiya Federasiyasının vətəndaşına respublikamıza səfərinin məqsədini göstərmədiyi üçün ölkəmizə giriş qadağan edilib. O, İstanbul – Kişinyov reysi ilə gəlib və nəzarət məntəqəsində bildirib ki, rəsmi şəxslərlə görüşləri təyin edilib, lakin bunu sənədlərlə sübuta yetirə bilməyib”, - sərhəd polisinin mətbuat xidməti bunu bildirib və əlavə edib ki, Zeynalova elə həmin axşam Moskvaya yola düşüb.
Geri qayıtTASS xəbər verir ki, o, dünən axşam Moldova paytaxtının hava limanında pasport qeydiyyatından keçərkən saxlanılıb.