Suriyada azərbaycanlı İŞİD-çi tutuldu – VİDEO

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu – VİDEO Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.
O, YPG kürd dəstələri tərəfindən saxlanılıb.
İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.
Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.
Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, “orada çoxlu qaçaqmalçı var”:
“Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”.
R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir.
Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.
Geri qayıt