Rusiya Lotu Qulini axtarışa verdi

Rusiya Lotu Qulini axtarışa verdi Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi azərbaycanlı qanuni oğru Nadir Səlifovu (Lotu Quli) axtarışa verib. O qaçaqmalçılıq və hədə-qorxu yolu ilə pul tələb etmədə ittiham olunur.

Bu barədə “Rosbalt” nəşri yazır.

İstintaqın versiyasına əsasən, Səlifov Moskvada insanların oğurlanması və onlardan pul tələb edilməsinə dair göstərişlər verib. Ona qarşı qiyabi formada RF Cinayət Məcəlləsinin müvafiq olaraq 126 və163-cü maddələri ilə ittiham irəli sürülüb.

Hazırda Türkiyədə yaşayan Nadir Səlifov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.
Geri qayıt