Türkiyənin keçmiş baş nazirinin oğlu evində ölü tapılıb

Türkiyənin keçmiş baş nazirinin oğlu evində ölü tapılıb Türkiyənin keçmiş baş naziri Mesut Yılmazın oğlu Yavuz Yılmaz evində ölü olaraq tapılıb.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, eks-baş nazirin oğlunun Beykozdakı evində silahla vurulmuş halda tapıldığı məlum olub.

38 yaşlı Yılmazın intihar etdiyi ehtimal edilir. Oğlunun ölümündən ABŞ-da xəbər tutan Mesut Yılmaz təcili Türkiyəyə dönməyə hazırlaşır.
Geri qayıt